Azərbaycan Silahlı Qüvvələrinin çavuşu olan Araz Yavər oğlu Baxşəliyev 1993-cü il sentyabrın 18-də Horadiz şəhərində anadan olub.
QHT.az xəbər verir ki, o, 2014-2015-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olub, 2015-ci ildən etibarən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq Minaatıcı Taborda Bölük Komandiri vəzifəsində xidmət etməyə başlayıb. O, 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsində Füzuli və Xocavənd istiqamətində gedən döyüşlərə qatılıb və sentyabrın 28-də döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.
Araz Baxşəliyev göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Xocavəndin azad olunmasına görə və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Ruhu şad olsun!






