Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Rüfət Mayılov 2001-ci il yanvarın 31-də Göyçay rayonunun Kürdəmiş kəndində anadan olub.
QHT.az xəbər verir ki, 2019-cu ildən müddətli həqiqi hərbi xidmətdə olan Rüfət Mayılov 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Füzuli və Xocavən istiqamətlərində gedən döyüşlərdə savaşıb və 30 sentyabrda Füzulinin Alxanlı kəndi uğrundakı döyüşlər zamanı qəhrəmancasına şəhid olub.
Rüfət Mayılov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.
Ruhu şad olsun!
Pərvanə Fərhadqızı










