Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri, Azərbaycanın dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan milli istiqlal hərəkatının başçısı Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 140 il ötür. Ölkəmiz dərin ehtiramla yad edir.

QHT.az xəbər verir ki, Məhəmməd Əmin Rəsulzadə 1884-cü ilin bu günü dünyasını dəyişib. O, XX əsrin ilk onilliklərində böhranlı geosiyasi şəraitdə Azərbaycanda müstəqillik idealının gerçəkləşdirilməsi və milli dövlət quruluşunun dirçəldilməsi yolunda böyük xidmətlər göstərmiş şəxsiyyətlərdəndir. Onun istiqlal məfkurəsi öz mənbəyini yaddaşımızda kök salmış milli azadlıq düşüncəsindən alırdı. Məhəmməd Əmin Rəsulzadənin dövrün salnaməsinə çevrilən parlaq publisistik, siyasi, ədəbi-tənqidi və elmi irsi Azərbaycanın ictimai fikir tarixində xüsusi yer tutur. Uzun illər ərzində mühacirətdə də o, müstəqil Azərbaycan arzusu ilə yaşayıb və mübarizə aparıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140-cı ildönümünün qeyd olunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə onun 140 illiyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirməsini, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməsini qərara alıb.

Qeyd edək ki, həyat yolu keşməkeşli və əzab-əziyyətlə dolu olan Məhəmməd Əmin Rəsulzadə Azərbaycan Xalq Cümhuriyyəti qurucularından biri olub. Bütün həyatlarını Azərbaycanda demokratik bir dövlətin qurulmasına sərf edib. Bəzən illərlə doğmalarının üzünə həsrət qalıb.

 

Pərvanə Fərhadqızı