Növbəti görüşümüz Sumqayıt şəhərində məskunlaşmış Füzuli sakinləri ilə oldu. Görüşdə 40-dan artıq həmyerlimiz iştirak edirdi.
QHT.az xəbər verir ki, sakinlər öz qayğılarını dilə gətirdilər. Həmyerlilərimizin müraciətləri məşğulluq, mənzil təminatı, əlillik dərəcəsinin alınması, kredit borcu, qayıdış, sosial təminat və digər mövzuda idi.
Bəzi müraciətlər ilə bağlı yerində izahatlar verildi və müvafiq qurumlar ilə əlaqə saxlanılıb müzakirə olundu. Uyğun dövlət qurumlarının dəstəyinə ehtiyac olan digər məsələlər ilə bağlı rəsmi deputat sorğuları göndərməyi planlaşdırırıq.
Pərvanə Fərhadqızı










