Vətən müharibəsi şəhidi, 1988-ci il təvəllüdlü gizir Telman Kəlbiyevin anası Dilşad Kəlbiyeva Neftçala rayonunda vəfat edib.

QHT.az olaraq mərhuma Allahdan rəhmət diləyir, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk.

Şəhidimiz Telman Kəlbiyev vəfatından 85 gün sonra Neftçalanın Şəhidlər xiyabanında dəfn olunub. O, göstərdiyi şücaətə görə “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.