Azərbaycan Silahlı Qüvvələrinin giziri olan Təbriz Qasımov 16 fevral 1993-cü ildə Qəbələ rayonunun Yemişanlı kəndində anadan olub.
QHT.az xəbər verir ki, o, 2012-2013-cü illərdə müddətli həqiqi hərbi xidmətdə olub, daha sonra isə həmin hərbi hissədə qalaraq müddətdən artıq hərbi qulluqçu kimi xidmətini davam etdirib. Təbriz Qasımov 44 günlük Vətən müharibəsi zamanı Füzuli və Xocavənd uğrunda gedən döyüşlərdə iştirak edib və 6 noyabr tarixində Hadrut istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.
Təbriz Qasımov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.
Ruhu şad, xatirəsi əbədi olsun!






