Azərbaycan Silahlı Qüvvələrinin çavuşu olan Elməddin Xasayev 1980-ci il fevralın 12-də Beyləqan rayonunun Mil qəsəbəsində anadan olub.
QHT.az xəbər verir ki, o, 2014-cü ildən hərbi sanitar kimi ordu sıralarında xidmət etməyə başlayıb. O, 2020-ci ilin sentyabrında başlanan Vətən müharibəsi zamanı Füzuli istiqamətində gedən döyüşlərə qatılıb və 27 sentyabr tarixində Füzulinin Qaraxanbəyli kəndi uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub.
Elməddin Xasayev göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Ruhu şad, xatirəsi əbədi olsun!






