Bu gun 178 nömrəli tam orta məktəbində 25 oktyabr Qubadlı şəhəri günü münasibəti ilə tədbir keçirilib. Tədbirdə şagirdlərin ifasında mahnılar səslənib, şerlər dinlənilib.
QHT.az xəbər verir ki, Prezident İlham Əliyevin Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəni əbədiləşdirmək və işğaldan azad edilmiş şəhərlərin günlərini təsis etmək məqsədilə 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə hər il işğaldan azad edilmiş ərazilərdəki şəhərlərin günləri təntənəli şəkildə qeyd olunacaq. Sərəncama əsasən, “25 oktyabr – Qubadlı şəhəri günü” elan edilib.
Biz işğaldan azad edilmiş bütün rayonlarımızı eləcə də Qubadlını yenidən qururuq. Qubadlıya həyat yenidən qayıdır. Biz Qubadlıya əbədiyyən qayıtmışıq. Bu gün Qubadlıda və işğaldan azad edilmiş bütün torpaqlarımızda üçrəngli bayrağımız dalğalanır və əbədi dalğalanacaq. Bu qürurlu günləri xalqımıza bəxş edən şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə şəfa arzu edirik.
Qubadlı bizimdir, Qarabağ Azərbaycandır!
Pərvanə Fərhadqızı












