Məharətli snayperçi olan Cavid Hüseynov 44 günlük Vətən müharibəsi zamanı Laçın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və oktyabrın 27-də qəhrəmancasına şəhid olub.

QHT.az xəbər verir ki, Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin əsgəri olan Cavid Hümbət oğlu Hüseynov 1993-cü il dekabrın 12-də Tovuz rayonunun Alakol kəndində anadan olub. 2012–2013-cü illərdə müddətli həqiqi hərbi xidmətdə olub, 2014-cü ildən isə Xüsusi Təyinatlı Qüvvələrin "N" saylı hərbi hissəsində xidmət etməyə başlayıb.

Cavid Hüseynov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Hərbi xidmətlərə görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.

Ruhu şad olsun!

 

Pərvanə Fərhadqızı