Laçın rayonunun Zabux kəndinə növbəti köç karvanı yola salınıb.

 

QHT. az Oxu.Az-a istinadən  məlumatına görə, dekabrın 15-də Qaradağ rayonu, Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün inşa edilmiş “Qobu Park-3” yaşayış kompleksinin qarşısından 25 ailə (92 nəfər) Zabux kəndinə yola salınıb.

 

Xatırladaq ki, bu gün köç edənlər də nəzərə alınmaqla ümumilikdə Zabux kəndinə 146 ailə (568 nəfər) köçürülüb.