İraqın devrilmiş lideri Səddam Hüseynin istəyi ilə Danimarkada xüsusi dizayn edilən yaxta bu gün lövbər saldığı Bəsrədə dəniz elmi tədqiqat mərkəzi kimi istifadə olunur.
QHT.az xəbər verir ki, Səddamın adını daşımasına baxmayaraq, devrilmiş rəhbərin ayaq basmadığı yaxtanın tikintisi 1980-ci ildə Danimarkada başlayıb və bir il sonra tamamlanıb. Şəxsi yaxta 8 illik İraq-İran müharibəsi və sonra Körfəz müharibəsi səbəbindən İraqa gətirilə bilməyib. Yaxta daha sonra Səddam Hüseyn tərəfindən Səudiyyə Ərəbistanının o zamankı kralı Fəhd Bin Əbdüləziz Əl-Səuda hədiyyə edilib.
Maraqlı yaxta o zamanlar “Kadisiye Yaxtası” adlandırılsa da, hazırda “Basra Breeze" yaxtası kimi tanınır.












