İngiltərədə hazırlanan hesabat ölkəni rəsmən təşvişə salıb. Hesabata görə, Çin insanları soyuducu və digər ağıllı məişət texnikası vasitəsilə izləyə bilər.
QHT.az xəbər verir ki, Pekinlə bağlı hökumətə məsləhətlər verən keçmiş diplomat Çarlz Parton tərəfindən yazılan hesabat "Oyanmaq vaxtıdır. Azad ölkələr Çin istehsalı olan modulları tez bir zamanda tədarük zəncirlərindən çıxarmalıdır" sözlərini sərf edib.
Hesabata görə, Çin ağıllı soyuduculardan və proqram vasitəsilə idarə oluna bilən bütün məişət cihazlarından istifadə edən insanlara casusluq edə bilər.
Hökuməti təşvişə salan Çin şirkətlərinin avtomobil və məişət cihazlarında istehsal etdiyi mikroçiplər olub.












