Almaniyada mənzil bazarında irqçilik olduğu iddia edilib. Ölkədə fəaliyyət göstərən ən böyük sosial yardım təşkilatı olan Katolik kilsəsinə bağlı Caritasın bunun qarşısını almaq üçün hərəkətə keçdiyi açıqlanıb.

QHT.az xəbər verir ki, Köln Caritas meneceri Maristella Angioni, Almandan başqa əcnəbi adı olanların mənzil bazarında ev tapmaq şansının demək olar ki, olmadığını ifadə edərək, "Telefonda xarici ad eşidən ev sahibləri dərhal "Ev icarəyə verilib” deyirlər. Araşdırma qrupu ilə çalışdıqlarını bildirən Angioni, xarici ad işlətdikdə mənzilin saxlanıldığı cavabını aldıqlarını, almanca ad işlətdikdə isə görüş təyin olunduqlarını qeyd etdi.