ABŞ-ın Kaliforniya ştatında baş verən iki atışma nəticəsində 7 nəfər ölüb, 1 nəfər isə ağır yaralanıb. Hücum edən şəxs polisə təslim olub və nəzarətə götürülüb. Onun avtomobilindən yarı avtomatik tapança aşkar edilib.

QHT.az xəbər verir ki, polis hücum edənin 67 yaşlı Zhao Chunli olduğunu müəyyən edib.

San-Fransiskodan 50 kilometr cənubda yerləşən Half Moon Bay sahil şəhərində öldürülən insanlar əslən Çindən olan fermerlərdir.

Baş verən ilk hücumda 4 nəfərin, qısa müddət sonra həyata keçirilən ikinci hücumda isə 3 nəfərin həlak olduğu açıqlanıb.

Zhao Chunli daha sonra polis bölməsinə gedib və təslim olub.

Səbəbi hələlik məlum olmayan hücumla bağlı araşdırmalara başlanılıb.