Mediasiya Şurasınının üzvü, təlimçi Elçin Həsənov sahibkarlıq subyektləri üçün təlimlərdə təlimçi qismində iştirak edib.
QHT.az xəbər verir ki, 6 dekabr tarixində keçirilən təlimdə 65 sahibkar iştirak edib. Təlimçi qismində AR Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının baş müəllimi, hüquq elmləri doktoru Mətanət Əsgərova, Bank Ombudsmanının məsul katibi, Mediasiya Şurasının üzvü Elçin Həsənov, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsinin əməkdaşı Novruz Əşrəfov çıxış edib.
Təlim zamanı sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi, yoxlamaların vahid məlumat reyestrinin yaradılması zərurəti və məqsədi, sahibkarlıq sahəsində yoxlamaların aparılması ilə bağlı sui-istifadə və korrupsiya hallarının qarşısının alınması, mediasiya işinin təbliği
və KOB subyektləri arasındakı mübahisələrdə mediasiya fəaliyyətinin tətbiqi, əmək hüququnun əsas anlayışları və əmək müqaviləsi kimi mövzulardan bəhs edilib.










