Bu gün Türkiyə Respublikasından olan Ekrem Demirarslan və həyat yoldaşı Quba 1 saylı Mediasiya Təşkilatını ziyarət ediblər. Ekrem bəy "Kaleseramik Özel Organize Sanayi Bölgesi" üzrə "Yönetim Kurulu Üyesi və Bölge Müdiri" vəzifəsində çalışır.
QHT.az xəbər verir ki, ziyarət zamanı təşkilatın rəhbəri Hümmət Əliyev tərəfindən Ekrem bəyə Quba 1 saylı Mediasiya Təşkilatının və Mediasiya Şurasının loqosu təsvir edilən xüsusi plaket təqdim olunub.
Görüş səmimi şəraitdə keçib və qarşılıqlı əməkdaşlıq imkanları müzakirə edilib.
Pərvanə Fərhadqızı










