12 Dekabr – Ümummilli Lider Heydər Əliyevin Anım Günündə “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) əməkdaşları və könüllüləri Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər.

QHT.az xəbər verir ki, RİİB nümayəndələri Azərbaycanın müstəqilliyi və inkişafı uğrunda misilsiz xidmətlər göstərmiş Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edərək, məzar önünə gül dəstələri qoyublar.