Dövlət proqramlarının hazırlanmasında vətəndaş cəmiyyəti qurumlarının iştirakı təmin olunur. Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının rəhbəri Sahib Məmmədli QHT.az-a açıqlamasında bildirib ki, ixtisaslaşmış qurumların rəyləri layihələrin formalaşmasında mühüm rol oynayır.
Bir çox dövlət proqramları, o cümlədən milli fəaliyyət proqramları çərçivəsində vətəndaş cəmiyyəti qurumları layihələrin hazırlanmasında aktiv iştirak edir. Məsələn, “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı” bu il, 2026-cı ilin sonunda başa çatır.Yeni layihələrin hazırlanmasında isə ixtisaslaşmış vətəndaş cəmiyyəti qurumlarının rəyləri nəzərə alınır.
S.Məmmədli qeyd edib ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanan layihələrdə vətəndaş cəmiyyəti iştirakçılığı bir qayda olaraq təmin olunur. Lakin bəzi hallarda müəyyən dövlət proqramlarının yalnız bəzi hissələrinə vətəndaş cəmiyyətinə dəvət olunmayanlar da olur.
Bəzi dövlət proqramlarını, milli fəaliyyət planlarını ictimaiyyət yalnız dərc olunduqdan sonra görə (izləyə) bilir.
Zəhra Ağayeva












