Rusiya Federasiyasının Stavropol şəhərində 28-31 may tarixlərində Rusiya və Azərbaycanın IV Gənclər Təşəbbüsləri Forumu keçirilib.

QHT.az xəbər verir ki, “Regional İnkişaf” İctimai Birliyinin əməkdaşları Fuad Adıgözəlov və Nərminə Xəlilzadə ölkəmizi təmsil edən nümayəndə heyətinin tərkibində Forumda iştirak ediblər.

Tədbir çərçivəsində könüllülük, sahibkarlıq, iqlimdəyişikliyi mövzularında dəyirmi masa, təqdimat sessiyaları, diskussiyalar, panel müzakirələri, iqlim üzrə oyun və ustad dərsləri təşkil olunub.

100-dən çox gəncin qatıldığı Forumun məqsədi iki ölkənin gənclərinin şəbəkələşməsi və təşəbbüslərin nümayişi üçün imkan yaradılması idi.