Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Bələdiyyə Resurs və Təlim Mərkəzi İctimai birliyi "Yerli özünüidarəetmə orqanlarında qadın təşəbbüskarlıgının artırılması" adlı layihənin icrasına start verdi.
QHT.az xəbər verir ki, layihənin əsas məqsədi Gəncə- Daşkəsən İqtisadi rayonu üzrə yerli özünüidarəetmə fəaliyyətinin səmərəliliyinin artırılması məqsədi ilə Bələdiyyə idarəçiliyində qadınların bilik və bacarıgını artırmaqla təşəbbüskarlıq rolunu gücləndirməkdir.
Layihə müddətində Gəncə- Daşkəsən iqtisadi rayonuna daxil olan Goranboy, Samux və Göygöl bələdiyyələrinin qadın üzvlərinə peşəkar idarəçilik və aktiv iştirakçılıq bacarıqları, peşəkar idarəçilik bacarıqlarında təşəbbüskarlıq və qrant layihələrlə iş- mövzularında təlimlərin keçirilməsi və hədəf ərazilərdə bələdiyyələrin nəzdində təşəbbüs qruplarının formalaşması nəzərdə tutulub.
Qeyd edək ki, lyihə 3 ay müddətində Goranboy, Samux və Göygöl rayonlarında həyata keçiriləcəkdir.










