Bakı Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi İctimai Birliyinin sədri Rauf Zeyni Azərbaycanın son 20 ildə regional inteqrasiyaya böyük töhfələr verdiyini vurğulayır.
QHT.az xəbər verir ki, o, Azərbaycanın iqtisadiyyat, diplomatiya və beynəlxalq əməkdaşlıq sahələrindəki müsbət addımlarının regionda və dünya miqyasında inteqrasiyanı gücləndirdiyini qeyd edir. QHT sədri Azərbaycanın işğaldan azad etdiyi torpaqların və Türk Dövlətləri Təşkilatının inkişafının regional əməkdaşlıq üçün mühüm rol oynadığını, həmçinin ölkəmizin irəli sürdüyü təşəbbüslərin regiondakı müsbət dəyişikliklərə səbəb olduğunu bildirir.










