Prezident İlham Əliyev “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanuna dəyişiklikləri təsdiq edib.
QHT.az xəbər verir ki, bu barədə məlumatı deputat Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, yeni dəyişikliklərə əsasən, bu kateqoriyadan olan şəxslərə ilk dəfə işə düzələn zaman 6 min manat birdəfəlik müavinət veriləcək:
"Əvvəlki qanunvericiliyə görə, bu məbləğ orta aylıq əmək haqqının beş mislindən az olmayaraq (5017,5 manat) müəyyən edilirdi. İndi isə paltar, ayaqqabı və digər kompensasiyalar da birləşdirilərək məbləğ 6 min manata yüksəldilib.
Müavinət almaq üçün aşağıdakı sənədlərlə yaşayış yeri üzrə DSMF, “DOST” və ya əlaqələndirmə mərkəzlərinə müraciət etmək lazımdır:
Şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnamə;
Əmək kitabçası;
Valideynlərin ölüm haqqında şəhadətnaməsi və ya arayış.
Bu kateqoriyadan olan vətəndaşların müavinətləri elektron sistem vasitəsilə sənəd tələb olunmadan proaktiv şəkildə hesablanaraq təyin edilməsi də təklif olunur".










