QHT.az xəbər verir ki, deputat Vüqar Bayramov Prezident İlham Əliyevin doğum günü münasibətilə bildirib ki, Vətən müharibəsində qazanılmış zəfər və işğaldan azad edilmiş ərazilərin bərpa olunması Prezidentin siyasi iradəsi və strateji liderliyi sayəsində mümkün olub.
"Zəfərdən sonra azad olunmuş ərazilərin bərpası üçün ayrılan 18 milyard manatlıq vəsait və 2026-cı ilin sonunadək 140 min vətəndaşımızın məskunlaşması dövlətimizin fiskal gücünü əks etdirir. Bu şanlı günlərdə cənab Prezidentə uğurlar və firavanlıq arzu edirəm," – deyə Vüqar Bayramov qeyd edib.










