2024-cü İl Qrant müsabiqəsinin nəticələrinin elan olunacağı tarix məlum olub.
QHT.az xəbər verir ki, Qrant Müsabiqəsinin nəticələri 2024-cü ilin aprel ayında elan olunacaq.
Layihə təkliflərinə dair sənədlərin qəbulu 13 fevral 2024-cü il tarixindən - 1 mart 2024-cü il saat 18:00-dək davam edən qrant müsabiqəsinə son müraciət tarixi başa çatdıqdan sonra toplanmış layihə təkliflərinə dair sənədlərin ekspertizası aparılacaq, layihələr təhlil ediləcək və qaliblər müəyyənləşdiriləcək.
Qeyd edək ki, qrant müsabiqəsi Gənclər və İdman Nazirliyi tərəfindən gənclər təşkilatlarının fəaliyyətlərinin dəstəklənməsi məqsədi ilə gənclər təşkilatları üçün 2024-cü il üzrə elan edilib.
Layihələr üzrə müraciət məbləğinin dəyəri 30 000 (otuz min) manatadək ola bilər.










