ABŞ Maliyyə Nazirliyi üç fiziki və dörd qurumu Amerika malları və texnologiyalarının İrana ixracına görə İranın sanksiyalar siyahısına daxil edib. ABŞ Maliyyə Nazirliyinin bəyanatında deyilir ki, bu gün ABŞ Xəzinədarlığının Xarici Aktivlərə Nəzarət İdarəsi İran Mərkəzi Bankı da daxil olmaqla, 20-dən çox ABŞ şirkətinin İrandakı son istehlakçılara mal və texnologiyanın qeyri-qanuni ixracını asanlaşdıran satınalma şəbəkəsinə qarşı sanksiyalar tətbiq edib.
Bəs bu sanksiyaların tətbiqi ilə bağlı beynəlxalq hüquq baxımından hansı problemlər yarana bilər?
QHT.az bu sualı Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin sədri, hüquqşünas Fariz Əkbərova ünvanlayıb. Onun sözlərinə görə, ABŞ-ın İrana tətbiq etdiyi ağır iqtisadi sanksiyalar istər-istəməz bu və ya digər formada İranın əməkdaşlıq etdiyi ölkələrə də öz təsirini göstərəcək: “Sanksiyalar siyahısına daxil edilməsi həmin şəxs və şirkətlərin ABŞ-dakı aktivlərinin dondurulması və ABŞ vətəndaşları ilə bu sahədə iş aparmasının qadağan edilməsi deməkdir. Sanksiyalar yeni texniki vasitələrin alınmasına imkan vermir. Digər tərəfdən, dərman sənayesi üçün lazım olan xammal xaricdən alınır. Bu sahədə də problemlər yarana bilər. Maliyyə sanksiyaları yenidən ölkənin izolyasiyası ilə nəticələnərsə, bunun çox ağır nəticələri olar”.
Pərvanə Fərhadqızı










