Azərbaycan Respublikasının Baş Prokurorluğu və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə təşkil edilən “Türk dövlətlərinin hüquq tətbiqetmə fəaliyyətlərində rəqəmsallaşma və inteqrasiya” mövzusunda keçirilən beynəlxalq konfransda iştiraka gələn Qırğızıstanlı nümayəndələr - Qırğızıstan Respublikasının Narın Vilayət Məhkəməsinin sədr müavini Musurmankulov Bekmukhammet Lutubbilaxanoviç, Qırğızıstan Respublikasının Oş Şəhər Məhkəməsinin hakimi Şin Qalina Alekseyevna, Qırğızıstan Respublikasının Baş Prokurorluğunun Baş ofisinin prokuroru Timurbek uulu Baxtiyar ilə görüş keçirilib.

QHT.az xəbər verir ki, görüşdə Azərbaycan Respublikasının Baş Prokurorluğunun Elm və tədris mərkəzinin şöbə rəisi Nigar Qələndərova iştirak edib.

Görüşdə iştirak edən Azərbaycan Respublikası Mediasiya Şurası İdarə Heyətinin üzvü Sima Yaqubova, İntizam Komissiyasının sədri, Bakı 8 saylı Mediasiya Təşkilatının rəhbəri Mayıl Əhməd, Aparat rəhbəri Aliyə Əmirova qonaqları salamlayıb və onlarla 2 ölkənin mediasiya sahəsindəki fərqlər, inteqrasiya və mediasiya sahəsinin gələcək inkişafı və Türk Dünyası Mediatorlar Birliyi (Türk Dünyası Arabulucular Birliği) çərçivəsində görülən işlər və perspektivlər barədə fikir mübadiləsi aparıblar.

Qonaqlar Bakı 8 saylı mediasiya təşkilatının da fəaliyyəti ilə tanış olublar.