Ali Məhkəmə sədrinin birinci müavini və Hüquq Baş Assambleyasının sədri Adem Albayrak Türk Dünyası Mediatorlar Birliyinin rəhbərliyini qəbul edib.

QHT.az xəbər verir ki, Ali Məhkəmə sədrinin birinci müavini və Hüquq Baş Assambleyasının sədri Adem Albayrak Türk Dünyası Mediatorlar Birliyinin (Türk Dünyası Arabulucular Birliği) İdarə Heyətinin sədri Yakup Erikeli, müavini, Azərbaycan Respublikası Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilovu və Türk Dünyası Mediatorlar Birliyinin İdarə Heyətinin üzvlərini qəbul edib.

Qeyd edək ki, görüşdə Türk Dünyası Mediatorlar Birliyinin fəaliyyəti barədə məlumat verilib və bu sahədə geniş müzakirələr aparılıb.