Xəbərlər Blokuna ötən həftə ərzində QHT-lərin həyata keçirdiyi tədbirlər ilə bağlı informasiya və reportajlar daxil edilib.
Xəbərlər Blokunun bu dəfə ki buraxılışında aşağıdakı informasiyalar yayımlanıb:
Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası E-hesabat və layihələrin idarə edilməsi proqramı ilə bağlı məlumatlandırma sessiyası təşkil edib.
ABŞ İnkişaf Agentliyi və Ədliyyə Nazirliyi Qubada QHT-lərlə bağlı tədbir keçirib.
İKT bacarıqlarının artırılması məqsədi ilə təlim təşkil ediləcək.
Milli Qəhrəman Tahir Həsənovun xatirəsinə həsr olunmuş idman yarışı keçirilib.
Şəhid Dilqəm Nəbiyev adına 178 N-li tam orta məktəbdə “Aprel döyüşləri bizim şanlı qələbəmizdir” mövzusunda görüş keçirilib.
Qeyd edək ki, Xəbərlər Bloku "İnformasiya Təşəbbüslərinə Dəstək" ictimai birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Vətəndaş cəmiyyəti təşkilatları üçün yeni media imkanlarının yaradılması” layihəsi çərçivəsində hazırlanır və QHT TV-nin internet saytı (www.qhttv.az) və qht.az saytı vasitəsi ilə yayımlanır.












