Gürcüstan Mediatorlar Assosiasiyası, Alman Korperasiyası və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının təşkilatçılığı ilə “Tiflisdə mediasiya üzrə regional əməkdaşlıq” mövzusunda birinci illik beynəlxalq konfrans keçirilib.
QHT.az xəbər verir ki, konfransda Gürcüstan Mediatorlar Assosiasiyasının sədri cənab İrakli Kandaşvili və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının nümayəndəsi Levan Asatiani açılış nitqi ilə çıxış ediblər. Daha sonra konfrans iştirakçıların təqdimatları ilə davam edib.
Azərbaycan Respublikası Mediasiya Şurasını İdarə Heyəti sədrinin Beynəlxalq əlaqələr üzrə müşaviri Yunis Nəsibov, Bakı 15 saylı Mediasiya təşkilatının rəhbəri, təlimçi Qasım Şalıyev, İntizam Komissiyasının üzvü Gülşən Salmanova və Bakı 2 saylı mediasiya təşkilatının rəhbəri İlhamə Həsənova təmsil edib.
Yunis Nəsibov konfransın 1-ci panelində çıxış edib, Mediasiyanın forması və onun prinsipləri, hüquqi bazası mövzusunda sualları cavablandırıb. Yunis Nəsibov Mediasiya Şurası adından Gürcüstan Mediatorlar Assosiasiyasının sədri İrakli Kandaşviliyə regionda mediasiya sahəsində dəstəyinə görə Diplom təqdim edib. Qasım Şaliyev mediasiyada vəkillərin rolu haqqında çıxış edib, məhkəmə həlli akti ilə mediasiya həlli akti/mediasiya həlli aktının icrası arasındakı fərqləri vurğulayıb.
Pərvanə Fərhadqızı












