“Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək” İctimai Birliyinin sədri Zülfiyyə Nuriyeva Prezident İlham Əliyevin imzaladığı yeni Sərəncamın pensiyaçıların sosial rifahının yüksəldilməsinə mühüm töhfə verdiyini bildirib.
QHT.az xəbər verir ki, onun sözlərinə görə, Sərəncama əsasən 2026-cı il yanvarın 1-dən bütün növ əmək pensiyaları 9,3 faiz indeksləşdirilərək artırılıb. Pensiya artımı 1,1 milyon pensiyaçını əhatə edir və bu məqsədlə dövlət büdcəsindən əlavə vəsait ayrılıb:
"Yeni artımla orta aylıq pensiya 543 manatdan 632 manata çatıb. Bu göstəricilər 2018-ci ilə nisbətən 2,8 dəfə və 2,7 dəfə çoxdur. Pensiya artımı davamlı olaraq hər il yüksələrək vətəndaşın sosial rifahının yüksəlməsinə xidmət edir. Pensiya təminatı üçün illik vəsait bu il 7 mlrd.993 mln.manata çatıb".






