Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada Nazirlik yanında İctimai şuranın üzvləri ilə görüş keçirilib.

QHT.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri, professor Elşad Məmmədov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli və qurumun digər rəsmiləri ilə görüş keçirib.

Professor Elşad Məmmədov bildirib ki, görüş konstruktiv müzakirələr şəraitində baş tutub:

"Konstruktiv müzakirələr şəraitində keçən görüşdə Milli Observatoriyanın fəaliyyəti, əmək bazarının inkişaf istiqamətlərinin təhlili, sosial müdafiə sahəsində monitorinqlərin, tədqiqatların reallaşdırılması, görülmüş işlər və gələcək əməkdaşlıq barədə ətraflı fikir mübadiləsi apardıq".