Bu gün İstanbulda TB People Global-ın dünya nümayəndəliklərinin rəhbərləri üçün növbəti 3 il üzrə strateji planlaşdırma tədbiri başlayıb.

Bu barədə "Vərəmsiz Gələcəyə Doğru" İctimai Birliyinin sədri Çingiz Ramazanlı QHT.az-a bildirib. Onun sözlərinə görə, tədbirin əsas məqsədlərindən biri vərəmin müalicəsi üçün Qlobal Fond (QF) tərəfindən ayrılan maliyyənin artırılması istiqamətində fəaliyyətlərin genişləndirilməsi və bu sahədə resursların səmərəli istifadəsinin təmin edilməsidir.

Qeyd edək ki, Çingiz Ramazanlı bu tədbirdə Azərbaycanı təmsil edir və ölkəmizdə vərəmə qarşı mübarizənin gücləndirilməsi üzrə tədbirlər haqqında danışacaq.