BMT-nin Əhali Fondunun Ölkə Ofisinin rəhbəri Fərid Babayev, iqlim dəyişikliyinin yalnız ətraf mühitə deyil, həm də insanların yaşayış yerlərinə, sağlamlıqlarına, dolanışıq mənbələrinə və əhali miqrasiyasına ciddi təsir etdiyini qeyd edib.
QHT.az xəbər verir ki, iqlim dəyişikliyi nəticəsində baş verən təbii fəlakətlər və resurs çatışmazlığı, xüsusən qadınlar, qızlar, gənclər və digər həssas qruplar üçün ciddi çətinliklər yaradır. Bu dəyişikliklər, cinsi və reproduktiv sağlamlıq xidmətlərinə, həmçinin zorakılıqdan müdafiə mexanizmlərinə çıxışı məhdudlaşdıraraq icmaların rifahını təhlükəyə atır.
Fərid Babayev, bu çətinliklərin öhdəsindən gəlmək və daha ədalətli, dayanıqlı bir dünya yaratmaq üçün bütün cəmiyyətin bu məsuliyyəti bərabər daşımağına çağırır. O, iqlim dəyişikliyi ilə mübarizədə daha geniş bir əməkdaşlıq və dəstək şəbəkəsinin vacibliyini vurğulayır.










