BMTİP Azərbaycan Ölkə Ofisi tərəfindən həyata keçirilən və Yaşıl İqlim Fondu tərəfindın maliyyələşdirilən Milli Uyğunlaşma Planı layihəsi, “Women In Tech” təşkilatının Azərbaycan nümayəndəliyi, “Azerconnect Group” şirkəti, “SOCAR Cape” MMC, “Procter & Gamble” şirkətinin Azərbaycandakı ofisinin birgə təşkilatçılığı ilə Bakıda kiçik və orta bizneslərin nümayəndələri üçün müxtəliflik, inklüzivlik və iqlim dəyişmələrinə dayanıqlılıq və adaptasiya mövzusu üzrə seminar keçirilib.
QHT.az xəbər verir ki, tədbir çərçivəsində iqlim dəyişikliklərinin bizneslərə təsiri, bu risklərə qarşı davamlılıq və iqlimə uyğunlaşma strategiyalarının hazırlanması məsələləri müzakirə olunub. İştirakçılar müxtəlifliyin və inklüzivliyin iş mühitində dayanıqlılığın artırılmasında oynadığı mühüm rol, habelə gender bərabərliyinin təşviqi və inklüziv biznes modellərinin əhəmiyyəti barədə məlumat əldə edib.
Layihənin məqsədi kiçik və orta bizneslərə dayanıqlı biznes modellərin qurulmasına dəstək olmaqdır










