İkinci Qarabağ savaşının əfsanəvi döyüşçülərinin həyat yoluna, döyüş anlarına nəzər salmaq, qaliblərin xatirəsini əbədiləşdirmək, şəhidlərimizin həyat hekayətini yazmaq şükürdür.
Belə müqəddəs missiyanı yerinə yetirmək ilahi həqiqətə inamdan, milli dəyərlərimizə sadiqlikdən irəli gəlir. Əsas missiya qəhrəmanlarımızı bədii-fəlsəfi yanaşma ilə geniş auditoriyaya tanıtmaqdır. Şəhidlərimizə həsr olunan “Qəhrəmanlıq tariximiz nəsillərə örnəkdir” kitabı Azərbaycan Respublikasının Qeyri -Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin vəsaiti ilə Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin layihəsi çərçivəsində nəşr olunub. Kitab Azərbaycan Milli Elmlər Akademiyası rəy ilə çap edilib.
Bir daha layihə müddətində, informasiyaların geniş yayılmasında, nəşr prosesində və ümumilikdə bu müqəddəs missiyanı yerinə yetirərkən bizə dəstək olan hər kəsə sonsuz təşəkkürlərimizi çatdırırıq. 16 avqustda kitabın təqdimatı ilə bağlı hazırlanmış videonu təqdim edirik.
Əkrəm Bəydəmirli
Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri






