Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın
2020-ci il üzrə icrası barədə müstəqil qiymətləndirmənin keçirilməsi məqsədilə qrant müsabiqəsi elan edir.
Müsabiqənin mövzusu:
“ Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın
2020-ci il üzrə icrası barədə müstəqil qiymətləndirmənin keçirilməsi
Müsabiqədə iştirak:
Müsabiqədə Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış Qeyri Hökumət Təşkilatları iştirak edə bilərlər.
Müsabiqədə iştiraka dair tələblər:
• Dövlət proqramlarının qiymətləndirməsinin keçirilməsi təcrübəsi.
• Qiymətləndirmə 2021-ci ilin iyul ayının 1-nədək həyata keçirilməli və nəticələri təhlil edilməlidir.
Layihələrin təqdim edilməsi:
Layihə təklifləri 31 may 2021-ci ilədək Azərbaycan Respublikası Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına elektron poçt ([email protected]) vasitəsilə təqdim olunmalıdır. Müraciət zamanı tələb olunan büdcə ilə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir:
• QHT-nin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti
• Təşkilatın Nizamnaməsinin surəti
• Təşkilatın Dövlət Reyestrindən Çıxarışının surəti
• Təşkilatın VÖEN-nin surəti
• Təşkilatın fəaliyyəti haqqında qısa məlumat
• Layihəyə rəhbərlik edəcək şəxsin və əsas əməkdaşların tərcümeyi-halı (CV)
Qiymətləndirmə meyarları:
• Qurumun təcrübəsi.
• Layihənin icrasına dair dəqiq ifadə edilmiş və əsaslandırılmış təsvirin olması.
• Layihənin icrasına cəlb ediləcək mütəxəssislərin oxşar məqsədli layihələrdə iştirak təcrübəsi;
• Qrant layihəsi üçün tələb olunan maliyyələşdirilmənin məbləğinin məntiqli və reallığa uyğun olaraq ciddi şəkildə əsaslandırılması.
• Layihənin səmərəliliyi və layihənin icrası ilə bağlı risklərin qiymətləndirilməsi.
Müsabiqənin müddəti:
Layihələrin qəbulu 25 may 2021-ci il tarixdən başlayır və 31 may 2021-ci il tarixdə başa çatır.
Layihələrin qəbulu üçün son tarix:
31 may 2021-ci il, saat 18:00.












