Ötən il Elm və Təhsil Nazirliyinin ictimai təşəbbüslərin dəstəklənməsi üzrə qrant müsabiqəsi çərçivəsində Regional İnkişaf İctimai Birliyi tərəfindən “Rəqəmli bacarıqların inkişaf etdirilməsi” layihəsi həyata keçirilib.
QHT.az xəbər verir ki, layihə çərçivəsində yeniyetmələrin, eləcə də gənclərin rəqəmsal bilik və bacarıqlarının artırılmasına yönəlmiş 40 animasiyalı videoçarx hazırlanıb.
Videoçarxları https://reqemli.az/ portalının “Rəqəmli bacarıqlar” bölməsi, həmçinin eyniadlı “YouTube” kanalı və digər sosial şəbəkə hesabları vasitəsilə izləyə bilərsiniz.












