“Ekoleks ekoloji hüquq mərkəzi ölkədə ekoloji siyasətin formalaşması və idarəetmənin səmərəliliyinin artırılması üçün vətəndaş cəmiyyətinin qərarların qəbul edilməsinə cəlb edilməsi və ictimai iştirakçılıq institutlarının formalaşmasına xüsusi əhəmiyyət verir”.
Ekoleks Ekoloji Hüquq Mərkəzi İctimai Birliyinin sədri Sevil İsayeva bu sözləri QHT.az-a açıqlaması zamanı bildirib. Bu istiqamətdə ətraf mühit məsələlərinə dair informasiyanın əldə edilməsi, qərarların qəbul edilməsi prosesində ictimaiyyətin iştirakı və ədalət mühakiməsinə müraciət ilə bağlı BMT Avropa iqtisadi Komissiyasının Konvensiyası “Orxus Konvensiyası”nın həyata keçirilməsi üçün layihələr həyata keçirdiyini, bələdçilərin təlim proqramları hazırladığını, onlarla təlimlər keçirdiyini də vurğulayıb: “Təşkilatımız ekoloji məlumatlandırma və maarifləndirmə sahəsində də fəaliyyət göstərir. Fəaliyyəti dövrin 45 kitab və broşür hazırlamış və nəşr etmiş, internet səhifələr yaratmış və idarə etmiş, sosial şəbəkələrdə səhifələr və qruplar yaradaraq maarifləndirmə fəaliyyəti həyata keçirmişdir və hazırda bu fəaliyyətini davam etdirir”.
Pərvanə Fərhadqızı












