"Ümidli Gələcək" Gənclər Təşkilatının birgə əməkdaşlıq etdiyi qurumlardan biri də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyidir. Belə ki, ASAN Xidmət mərkəzlərində mütəmadi olaraq, təşkil edilən "Azərbaycan Uşaq Qaynar Xətt Xidməti" - "Azerbaijan Child Helpline Service" xidmətinin təbliğatı və tanıtımı nəticəsində bir çox həssas təbəqədən olan əhali kateqoriyası Ümidli Gələcək STİB-nin sosial xidmət mərkəzlərinə müraciətlər edib və onlara problemlərinin həlli istiqamətində dəstək göstərilibdir.

QHT.az xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə tərəfimizdən xüsusi Təşəkkürnamə təqdim edilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə 29 Dekabr tarixi ASAN Xidmət işçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur.

 

 

Pərvanə Fərhadqızı