Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) qiymətləndiricilər, AQC rəsmiləri və media nümayəndələri ilə birlikdə bayram tədbiri keçirir.

QHT.az xəbər verir ki, Cəmiyyətin sədr Vüqar Oruc hesabatla çıxış edib. Tədbirdə qiymətləndirmə şirkətlərinin nümayəndələri fikirlərini bölüşüblər. Tədbir musiqi axşamı formatında davam edir.

Qeyd edək ki, fəaliyyətinin səmərəliyini təmin etmək üçün Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti üç əsas məsələni həll edir:

  1. Müxtəlif vasitələrlə, o cümlədən qiymətləndirmə bazarının bütün iştirakçıları üçün bərabər şərait yaratmaqla qiymətləndirmə xidmətləri bazarının inkişafına və fəaliyyətinin sabitliyinə nail olmaq;
  2. Öz üzvlərinin qiymətləndirmə xidmətlərinin keyfiyyəti ilə bağlı olaraq, üçüncü şəxslərin qeyri-qanuni iddialarından müdafiəsini təmin etmək;
  3. Müxtəlif vasitələrlə, o cümlədən üzvlərinin peşəkarlıq səviyyəsini yüksəltməklə, qiymətləndirmə xidmətlərinin istehlakçılarının maraqlarının qorunmasını təmin etmək.

 

Hazırda AQC Rusiya Federasiyasının, Litvanın, Moldovanın, Belarusun, Qazaxıstanın, Qırğızıstanın, Polşanın, Böyük Britaniyanın, ABŞ-ın qiymətləndiricilər birlikləri və cəmiyyətləri ilə, habelə Beynəlxalq Qiymətləndiricilər və Rieltorlar qurumları ilə sıx əməkdaşlıq edir.

 

Pərvanə Fərhadqızı