Azərbaycan Respublikasının Vəkillər Kollegiyası-Azerbaijani Bar Association bütün üzvlərini başda Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri, dostumuz, fəxri mediator Anar Baghirov olmaqla, təbrik edirəm.
Vəkillik institutu çox qısa bir zamanda böyük nailiyyətlər əldə edib, yüzlərlə gənc hüquqşünas vəkillər sırasına qoşularaq, illərin peşəkar və təcrübəli, nüfuzlu vəkillərinin yaratdığı məktəbdən bəhrələnərək, gözəl dəyərlər sistemi yaradıblar.
Biz bu gün ünsiyyətdə olduğumuz vəkillər, mediatorların fəaliyyətinə dəstək olan vəkillərin simasında deyə bilərik ki, vəkillər hər bir sahədə olduğu kimi mediasiya proseslərində də müvəkillərinin mübahisələrini mediasiya yolu ilə qısa zamanda həll etməyə üstünlük verməklə, istər Qanunvericiliyin tədbiqində, istərsə də yeni və pozitiv, münaqişədən kənar, mübahisələrin daha tez həlli üzrə kazusların yaranmasında çox böyük töhfələr verirlər. Bu töhfələr hüquq praktikamızın tarixini yazır və bu tarixə görə də vəkillərimizə minnətdarıq.
Əziz vəkillərimiz,
Vəkil peşəsi çətin və çətin olduğu qədər də şərəfli bir peşədir. Vəkillər və mediatorlar arasında münaqişə yaratmadan, həmrəyliyi, əməkdaşlığı qoruyan və bunu inkişaf etdirən hər bir vəkilimizə dərin təşəkkür edirəm.
Dünyada da, vəkillik və mediator peşəsi bir-birini inkar edən yox, bir-birini Qanunvericilik və harmonik əsaslarla tamamlayan, bir-birinə dəstək verən peşələr sırasındadır.
Hər iki peşənin daşıyıcıları ictimai maraqlar naminə xidmət göstərən şəxslərdir. Bu səbəbdən də qarşılayacağımız 2024-cü ildə vəkil və mediator həmrəyliyində istər vəkillərin, istərsə də mediatorların üzərinə böyük və şərəfli məsuliyyət düşür.
Əziz vəkillər, "Vəkil Günü" münasibəti ilə hər birinizi bir daha təbrik edirəm. Ailənizə, özünüzə sağlam ömür, bol ruzi və əmin-amanlıq arzu edirəm. Arzu edirəm ki, vəkil və mediator həmrəyliyi öz inkişafının bu gün olduğu kimi, daha da ən yüksək mərhələsinə ele formada çatsın ki, beynəlxalq təcrübədə nəzəriyyəçilər və praktiklər bizlərin bu əməkdaşlığını Azərbaycan modeli, gözəl kazuslar kimi tədris etsinlər. Əminəm ki, bu belədir və belə də olacaq.
Arzu edirəm ki, hər gün sizin üçün, ailəniz üçün, övladlarınız üçün, çevrəniz üçün və ən əsası da müvəkilləriniz üçün gözəl olsun. Üzünüz hər gün gülsün.
Bayramınız mübarək!
Mediasiya Şurası İdarə Heyətinin sədri
Nadir Adilov












