Sentyabrın 13-də çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçularına şəhidlik statusu veriləcək.

 

QHT.az Axar.az -a istinadən xəbər verir ki, bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov bildirib.

 

O qeyd edib ki, qəza nəticəsində həyatlarını itirən Azərbaycan Ordusunun hər 3 hərbi qulluqçusuna Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə hərbi hissə tərəfindən təqdim ediləcək bildiriş əsasında şəhidlik statusu veriləcək.