Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb.
QHT.az xəbər verir ki, Füzuli şəhərimizin yenidən qurulması üçün böyük işlər görülür. Yollar təmir olunur, su və elektrik infrastrukturu yenidən qurulur. Bu gün daha 25 ailə- 73 nəfər Füzuli şəhərinə köçürülür. Bakı şəhərindən 20 (58 nəfər), Sumqayıt şəhərindən 4- 11 nəfər, Abşeron rayonundan 1 ailə- 4 nəfər Füzuli şəhərinə köçürülür. Bu günə kimi Füzuli şəhərinə cəmi 144 ailə- 514 nəfər köçürülmüş olacaq.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı prosesi davam edir. Birgə fəaliyyət göstərməklə biz Füzulini və işğaldan azad edilmiş digər rayonlarımızı daha yaxşı gələcəyə apara bilərik.
Pərvanə Fərhadqızı










