Azərbaycan Silahlı Qüvvələrinin leytenantı olan Sənan Məmmədli 1997-ci ilin bu günü Tərtər rayonunun Qaradağlı kəndində anadan olub.
QHT.az xəbər verir ki, Sənan Məmmədli 2016–2020-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil alıb. O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərimizin azad edilməsi və ərazi bütövlüyümüzün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin, Cəbrayılın, Xocavəndin, azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və oktyabrın 15-də Hadrut istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub.
Sənan Məmmədli göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Xocavəndin azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Ruhu şad olsun!
Pərvanə Fərhadqızı










