“Rusiyada fəaliyyət göstərən Beynəlxalq Qızıl Xaç Cəmiyyəti yükləri Azərbaycan tərəfi ilə razılaşdırmaqla Azərbaycanın icazə verdiyi yolla aparmaq qərarına gəlib. Azərbaycan da buna razılıq verib. İndi Xankəndidəki qanunsuz banda o yükləri qəbul etsə də, etməsə də Azərbaycanın xeyrinədir".
QHT.az xəbər verir ki, bu sözləri Vətəndaşların Əmək Hüquqları Liqasının sədri, hüquq müdafiəçisi Sahib Məmmədov bildirib. QHT sədri qeyd edib ki, yüklərin Xankəndinə çatdırılması Rusiyanın da xeyrinədir: “Yüklər Xankəndidə qəbul olunarsa, Rusiyanın tərəflərə təsir imkanı Avropaya və ABŞ-a nisbətdə daha yüksəkdir. Halbuki Azərbaycan dövləti bu yoldan istifadə etmək istəyən digər dövlətlərə də şərait yaratmağa hazır idi. Fransa da ağıllı siyasət yürütsəydi, bu yoldan yüklərini Xankəndinə aparardı. Azərbaycan öz iradəsini növbəti dəfə ortaya qoya bildi, bir daha sübut etdi ki, Qarabağ məsələsində hər hansı güzəşt yoxdur və olmayacaq. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin yüklərinin qəbul olunmaması da erməniçiliyin irqçi siyasətini ortaya qoydu”.
Pərvanə Fərhadqızı










