Parisin ən vacib görməli yerlərindən biri 2024-cü ilin dekabrında yenidənqurmadan sonra açılacaq.
QHT.az xəbər verir ki, Fransa hökuməti, Notr-Dam Katedralinin əsaslı təmirdən sonra turistlərdən giriş haqqı almağı təklif edir. Mədəniyyət naziri Raşida Dati, ziyarətçilərdən 5 avro tələb etməyi düşünür ki, bu da bərpa işləri üçün ildə 75 milyon avro toplaya bilər. Yanğın zamanı ciddi zədələnmiş bu simvolik quruluşa 2019-cu ildən əvvəl giriş pulsuz idi, lakin katedralin qüllələrinə qalxmaq üçün 8,50 avro ödəmək lazım idi.
Notr-Dam Katedrali 2024-cü il dekabrın 8-də açılmağı planlaşdırır, lakin tam bərpa 2026-cı ilə qədər tamamlanmayacaq. Katedral, 1162-ci ildən bəri Parisin mədəni simvollarından biri hesab edilir və Viktor Hüqonun romanı sayəsində məşhurlaşmışdır. 2019-cu il yanğında binanın şilləsi dağıldı, lakin bir çox əhəmiyyətli xristian qalıqları xilas edildi.
Pərvanə Fərhadqızı










