QHT.az xəbər verir ki, COP29 Prezident Namizədi Dünya İqtisadi Forumunun "Özəl İqlim Maliyyəsinin Hərəkətə Gətirilməsi" mövzusundakı iclasında, 1.5 dərəcə hədəfini əldə saxlamaq üçün lazım olan miqyasda iqlim maliyyəsini təmin etməkdə özəl sektorun həlledici rol oynayacağını vurğulayıb. O, çoxtərəfli inkişaf banklarını və biznesləri COP29-a aydın islahat yolları və iqlim öhdəliklərində güclü şəffaflıqla gəlməyə çağırıb və bu ayın əvvəlində Bakıda keçirilən Pre-COP zamanı İqlim Maliyyəsi üzrə Yeni Kollektiv Miqdar Məqsədinə nail olmaq sahəsində əldə olunan irəliləyişi qeyd edib.