Pakistan səhiyyə rəsmiləri Ümumdünya Səhiyyə Təşkilatının yeni meymun çiçəyi ştammının sürətlə yayılmasını beynəlxalq fövqəladə vəziyyət elan etməsindən sonra, ölkədə ilin ilk meymun çiçəyi virusu hadisəsini elan ediblər.
QHT.az xəbər verir ki, virusu daşıyan şəxs körfəz ölkəsindən gəlib və Xeyber-Paxtunxva əyalətində müalicə olunan 34 yaşlı kişidir. İctimai səhiyyə departamentinin direktoru İrşad Roqani bildirib ki, bu il ölkədə qeydə alınmış ilk təsdiqlənmiş haldır və ştammın genetik ardıcıllığını müəyyən etmək üçün nümunələr İslamabada göndərilib.
Pərvanə Fərhadqızı










