Minalar Əleyhinə Azərbaycan Kampaniyası ictimai birliyi “Azərbaycana minatəmizləmədə beynəlxalq dəstəyin gücləndirilməsi” adlı layihəsinin yekunlarına dair mətbuat konfransı keçirəcəkdir.

QHT.az xəbər verir ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilmişdir. Tədbirdə layihənin məqsədi, əldə olunan nailiyyətlər, mövcud problemlər və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması tələb olunan məsələlər ətraflı müzakirə olunacaq.

Konfransda hesabatda işğaldan azad olunmuş ərazilərdəki mina və partlamamış hərbi sursatların yaratdığı problemlər, minaların təmizlənməsi prosesindəki uğurlar və çətinliklər, mina təhlükəsinə qarşı maarifləndirmə proqramları və mina qurbanlarının səbəbləri əksini tapacaq.

Tədbir Tarixi və Yeri:

Tarix: 20 avqust 2024

Saat: 11:00

Yer: Trend İnformasiya Agentliyinin konfrans zalı, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14, Elmlər Akademiyası metrostansiyası, Moskva Dövlət Universitetinin Bakı filialının binasının yanında.

Bütün KİV nümayəndələri dəvətlidir.

Əlaqə:
Hafiz Səfixanov
Sədr, Minalar Əleyhinə Azərbaycan Kampaniyası
Tel: 050 347 6590