Tayvanın şimal-şərqindəki Yilan qraflığında 5,7 bal gücündə zəlzələ baş verib.
QHT.az xəbər verir ki, zəlzələ adanın paytaxtı Taybeydə də binaları silkələyib. Meteorologiya idarəsinin məlumatına görə, zəlzələnin ocağı Taypeyin şimal-şərq sahillərində 9 km dərinlikdə yerləşib. Yerli hakimiyyət orqanlarından verilən açıqlamaya görə, zəlzələdən dərhal sonra Taypeydə metronun sürəti azalıb.
Tayvan iki tektonik plitənin qovşağının yaxınlığında yerləşir və zəlzələlərə meyllidir. Aprel ayında Tayvanda ən azı 25 ilin ən böyük zəlzələsi baş vermiş, 9 nəfər həlak olmuş, 900-dən çox insan yaralanmışdır.
Pərvanə Fərhadqızı










